Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb.
Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibinə qatılıb. Hazırda İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir – birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan – İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur. 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə gələn Heydər Əliyev İranla münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. 1993-cü il sentyabrın 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasına humanitar yardımı haqqında protokol imzalandı. İranın “Hilal Əhmər” (Qırmızı Aypara) təşkilatı həmin ilin sentyabrında Azərbaycanın cənub bölgəsində məcburi köçkünlər üçün 7 çadır düşərgəsi qurmuşdu. Bununla yanaşı, İran tərəfi hərbi əməliyyatlarda yaralanmış Azərbaycan əsgər və zabitlərinin Tehran, Rəşt, Təbriz, Astara və s. şəhərlərdəki xəstəxanalarda müalicəsinə şərait yaratmışdı. Ötən 34 il ərzində iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil etmişdir. Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə (765 kilometr) malikdir. Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir. 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə gələn Heydər Əliyev İranla münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. 1993-cü il sentyabrın 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasına humanitar yardımı haqqında protokol imzalandı. İranın “Hilal Əhmər” (Qırmızı Aypara) təşkilatı həmin ilin sentyabrında Azərbaycanın cənub bölgəsində məcburi köçkünlər üçün 7 çadır düşərgəsi qurmuşdu. Bununla yanaşı, İran tərəfi hərbi əməliyyatlarda yaralanmış Azərbaycan əsgər və zabitlərinin Tehran, Rəşt, Təbriz, Astara və s. şəhərlərdəki xəstəxanalarda müalicəsinə şərait yaratmışdı. Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikası ilə münasibətlərin tənzimlənməsi hər zaman başlıca istiqamətlərdən olub. Azərbaycan və İran münasibətlərində müxtəlif dövrlərdə anlaşılmazlıq və fikir ayrılıqları baş versə də hər iki tərəf müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədə saxlayıb. Bu gün Azərbaycan – İran münasibətləri yüksək səviyyədədir. Hər iki ölkə İKT, EKO kimi beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. İran daima Ermənistanın Azərbaycana təcavüzünü pisləyib.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Emin Musayev.