Ümid edirəm ki, 2022-ci il pandemiyanın sona çatacağı il olacaq.
Qanunla.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
“2022-ci ilə optimist yanaşıram. Ola bilsin ki, 2022-ci il pandemiyanın sona çatdığı il olacaq. Buna sizinlə birlikdə inanmaq istəyirəm”, – deyə prezident bildirib.
Buna baxmayaraq, Makron əlavə edib ki, növbəti həftələr yoluxma sayının artması səbəbindən Fransa üçün çətin olacaq: “Virus yayılır və güc toplayır”.


























