image-qanunla-reklam
image-vilayett

Vilayət Quliyev Vətənə qayıdır: Gərək belə olmayaydı…

image-lady-day-az

Ömrün daha bir səhifəsi qapanır. Sabah Vətənə dönürük.

Qanunla.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev qeyd edib.

“Həyatımın az qala altıda bir hissəsi Macarıstanda keçdi. Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər. Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, biri-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq. Ailəmizin – həmişə mənə dayaq olan xanımımın, övladlarımızın – Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu… Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!” – deyə V.Quliyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki