image-qanunla-reklam
image-vhp-qadinlar

VHP Qadınlar Şurasına yeni sədr seçildi

image-lady-day-az

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının növbəti konfransı keçirilib.

Qanunla.az xəbər verir ki, toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açıb.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışıb.

Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs ediblər.

Sonda təşkilati məsələyə baxılıb. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini deyib.

Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının yeni sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova Şura sədrinin müavinləri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki