image-qanunla-reklam
image-media-azerbaijan-in-one-week-1726051662-785x440-zt6n9o873rbq5ypgsaic

Vətəndaş rifahına əsaslanan inkişaf modeli

image-lady-day-az

Vətəndaş rifahına əsaslanan inkişaf modeli

Əhalinin bütün təbəqələrinə qayğı ilə yanaşılması, hər bir vətəndaşın etibarlı sosial təminatla əhatə olunması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Son illərdə ölkədə həyata keçirilən sosial islahatlar göstərir ki, sosial siyasət dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri kimi formalaşıb və bu siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və bu, sadəcə şüar deyil, əməli işlərlə təsdiqlənən siyasətdir”.

İqtisadi sahədə əldə olunan uğurlar, maliyyə imkanlarının genişlənməsi sosial rifahın yüksəlməsinə real zəmin yaradıb. Dövlət başçısının vurğuladığı kimi, iqtisadi islahatların və enerji layihələrinin əsas məqsədi əldə olunan gəlirlərin sosial sahəyə yönəldilməsi olub. Bu yanaşma nəticəsində son 20 ildə minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Prezident İlham Əliyev bildirib ki, bu artımlar məhz əldə edilən vəsait hesabına mümkün olub və sosial sahə hər zaman prioritet təşkil edib.

2018–2025-ci illəri əhatə edən beş sosial islahat paketi sosial müdafiə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu islahatlar çərçivəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artırılıb. Eyni zamanda, müavinət və təqaüdlər üçün ayrılan illik büdcə vəsaiti 5 dəfədən çox yüksəlib. Prezident İlham Əliyevin sözlərinə görə, son yeddi ildə icra olunan sosial paketlər 4 milyondan çox insanı əhatə edib və bu məqsədlər üçün təxminən 8 milyard manata yaxın vəsait xərclənib.

Sosial siyasətin strateji əsasları “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də öz əksini tapıb. Bu sənəddə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması əsas hədəflərdən biri kimi müəyyən edilib. 2025-ci ildə sosial sahəyə ayrılan büdcə vəsaitinin 16,9 milyard manata çatması və ümumi büdcənin 41 faizini təşkil etməsi Azərbaycanın sosial dövlət modelinin gücləndiyini açıq şəkildə göstərir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki