image-qanunla-reklam
image-66c5a9afcbe5b66c5a9afcbe5c172423006366c5a9afcbe5966c5a9afcbe5a

Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi

image-lady-day-az

Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi.

44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etmək məqsədilə sürətlə tikinti-quruculuq işlərinə başlanıldı. Müharibədən dərhal sonra Prezident cənab İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərin bərpa-quruculuq işlərinə start verildi. Bu ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, yenidən qurulması və bərpası üçün ərazilərin minalardan, partlamamış hərbi sursatdan təmizlənməsi isə ən önəmli məsələdir. 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilib, təbii sərvətlər talan olunub, tarixi-mədəniyyət və dini abidələrə, ətraf mühitə ciddi ziyan vurulub. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi də sözügedən hədəflərə nail olmaq üçün bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da təbiidir. Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilmiş ərazilərdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Bəhs olunan ərazilər “yaşıl enerji” zonası elan edilib. Bərpa olunan enerji mənbələri ilə zəngin olan bu ərazilərdə müasir enerji infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüləcək.

Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Güclü dövlət olan Azərbaycan erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizdən didərgin düşən keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalarını tezliklə təmin etmək niyyətindədir. Qarabağın ölkənin sosial-mədəni və iqtisadi məkanına reinteqrasiyası düşünülmüş sistemli layihələrin həyata keçirilməsi vasitəsilə baş verir və burada intellekt, təhsil, mədəniyyət və mənəvi-əxlaqi dəyərlər aparıcı rol oynayır. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Bu sənaye parklarının rezidentləri qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Qarabağ və Şərqi Zəngəzurda sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi Qarabağda həyata keçirilən bərpa və yenidən qurulma işləri Azərbaycanın öz gücü, milli resursları və milli imkanları hesabına həyata keçirilir.

Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki