image-qanunla-reklam
image-372d3f30165532272617114782210323693

Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti

image-lady-day-az

Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti

Ulu öndər Heydər Əliyev: “Heç şübhə yoxdur ki, o gün gələcəkdir ki, Kəlbəcər rayonu erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır və Kəlbəcərin vətəndaşları, Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqdır”.

Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı tarixi fikirləri, Layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu hərbi və diplomatik siyasəti nəticəsində o, tarixi sözlər rayonla birgə əbədi olaraq xalqına qovuşdu. Çünki vaxtilə Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi ki, O, İlham Əliyevə inanır. İnanır ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edəcək və işğal altında olan bütün torpaqlar azad olunacaq. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin arzularını reallaşdırdı. Bu gün həm Ulu Öndərin, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ruhları şaddır. Onlar Vətən üçün əllərindən gələni etdilər və son olaraq Ali Baş Komandan bütün Azərbaycan xalqını və Azərbaycanı istəyən insanların arzu və istəklərini reallaşdırdı.   Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.  Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.  Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi, Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur.

Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Hazırda Kəlbəcərdə müasir standartlara uyğun şəkildə abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərə dağ yollarından gedişi asanlaşdırmaq üçün yeni yol və tunellər çəkilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunmuş Kəlbəcərə səfərlər edərək tikinti və abadlaşdırma işlərinə nəzarət edir.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki