image-qanunla-reklam
image-ipoteka

Vəfat etmiş şəxsin ipoteka kreditini vərəsəsi ödəyəcək? – Aydınlıq gətirildi

image-lady-day-az

“Konstitusiya Məhkəməsinin qərarı ictimaiyyətə bir az düzgün izah edilmir. Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəyəcəyi ilə bağlı yeni qərarda təkcə ipoteka kreditindən yox, bütövlükdə ipotekadan söhbət gedir. Fərq nədir? İpoteka istənilən daşınmaz əmlakın girovudur. Məsələn, biznes krediti götürürəm, gedib evimi ya özümə, yaxud başqasına görə girov qoyuram. Yaxud xaricə səyahət üçün evimi girov qoyuram və s. Bu, ipotekadır və burada da həyat sığortası yoxdur. İpoteka krediti isə ev almaq üçün götürülən kreditdir. Həmin evi ipotekaya – girova qoyuram. Bu halda İpoteka və Kredit Zəmanət Fondu tələb edir ki, şəxsin həyat sığortası olsun. Həyat sığortası varsa, problem yoxdur, sığortaçı şirkət onsuz da krediti bağlayır, yəni vərəsələrdən heç nə tələb olunmur. Yeni qərarda isə söhbət həyat sığortası olmayan kreditdən gedir. Konstitusiya Məhkəməsi də bundan danışır. Yəni şəxs kredit götürüb, girov qoyub, sabah öldü. Bunun əmlakı var, vərəsələr də həmin əmlak həddində borcu ödəməlidir. Bu çox vacib məqamdır. Şəxsin borcu 100 mindirsə, vərəsələrə 50 min keçirsə, 50 mini bağlayacaqlar, vəssalam. Bundan artıq heç kim vərəsədən nəsə tələb edə bilməz. Qərarın mahiyyəti budur. Şəxs ölməsə, nə olacaqdı? Onsuz da, həmin borcu onun əmlakından tutacaqdılar. Öldüsə, vərəsədən heç nə tutmasınlar? Belə olsa, onda şəxsin vərəsələri onu elə vaxtından əvvəl öldürərlər ki, əmlak keçsin, borc da silinsin…”

Bu sözləri Qanunla.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, pensiya kapitalı məsələsi də böyük problemlərdən biridir: “Çünki xüsusən bizdə kişilər pensiya yaşına çatmadan ölürlər. Ya da pensiya yaşına çatıb, bir neçə il pensiya alıb ölürlər, nəticədə pensiya kapitalı batır. Kimlər ki daha çox işləyir, onun daha çox pensiya kapitalı var. Bu, aktual məsələdir ki, niyə onların pensiya kapitalları vərəsələrinə keçmir, axı ədalətsizlikdir. Bu fikirlə razıyam. Bəzi ölkələrdə belə qayda var, bizdə isə yoxdur, çünki bizdə Dövlət Sosial Müdafiə Fondunun pulu çatmır, pul yoxdur. Hamımız DSMF-yə maaşımızdan ödənişlər edirik. Amma bu pullar Fonda çatmır. Hər il DSMF dövlət büdcəsindən pul götürür. DSMF pensiya kapitalını da camaata verməyə başlasa, ümumiyyətlə pulu çatmayacaq. Başa düşürəm, ədalətsizlikdir, amma pul da yoxdur. Bu barədə fikirləşmək lazımdır ki, nə edək? Pulu haradan tapaq?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki