Koronavirusa qarşı vaksinasiyada lider olan İsraildə son 3 ayın ən yüksək yoluxma göstəricisi qeydə alınıb.
Qanunla.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi gün ərzində 307 yoluxma faktının olduğunu açıqlayıb. Qurum yaxın günlərdə yoluxma sayının artacağını istisna etmir.
Qeyd edək ki, əhalinin 85 faizinin peyvənd olunduğu İsraildə demək olar ki, bütün məhdudiyyətlər ləğv edilib. Pandemik vəziyyətlə əlaqədar hökumət yenidən karantin qaydalarına qayıtmağı planlaşdırır.


























