image-qanunla-reklam
image-media-heyderaliyev4-q2b6gt9zr5sl4vkmweoj

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri

1989-cu il dekabrın 31-də xalqın mübarizlərinin bir hissəsi xalqın adından Naxçıvanda müstəqillik niyyətli həmrəylik hərəkatı keçirdi. Gülüstan müqaviləsi ilə ayrılıq çayına dönmüş Arazın sahilində sər­həd dirəkləri, ayrılığın, həsrətin, ikiyə bölünmənin dayaqları sarsıdıldı. Ordubaddan Şə­rura kimi sərhəd­də tikanlı məftillər söküldü, həmin gün o tay-bu tay düşüncəsi Arazın sularına qarışdı. Xalq bu ayrılığı milli-azadlıq hərəkatı ilə, mübarizəsi ilə diz çökdürdü. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq naminə təşəbbüsü milli-mənəvi dəyər­ləri də dövlətə, dövlətçiliyə sədaqət amilinə çevirdi, azərbaycançılıq ideologiyasını mənəvi kamilliyin şərti edən bir təşəbbüsü gerçəkləşdirdi, tarixləşdirdi. Dünya Azərbaycanlılarının Həm­rəy­lik Günü belə müəy­yən­ləşdirildi: 1989-cu ilin 31 dekabrı milli-azadlıq hə­rəkatının bir mərhələsi olmuşdu. rus imperiyasının tərkibində ilhaqda qaldığı illərdə aparılan gizlin-aşkar mübarizə qətiyyətlə, qəhrəmanlıqla davam et­miş­di, həmin gün Tarix yaratmışdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məc­li­sinin sədri olan Ulu Öndər Heydər Əli­yevin təşəbbüsü ilə dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik günü müəyyənləş­di­ril­məsi haqqında qərar qəbul etdi. Bu qərar tarixi hadisəyə, bu hadisəni tarixə yazan xalqa ehtiramın təzahürü idi. Ulu Öndər Heydər Əliyevin dediyi bir kəlam indi bütün azərbaycanlıların ya­dın­dadır:  “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Həmin gün Arazın o tayında da, bu tayında da yaşayan azərbaycanlıalr sərhədlərə üz tutmuşdu. Bu təşəbbüs, bu qətiyyət, bu cəsarət Azərbaycanı birləşdirmə, bütövləşdirmə niyyəti idi, on illərin mübarizəsinin mahiyyətinin tarixləşdirilməsi idi. Bu təşəbbüs böyük tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev dühası ilə daha böyük amal üçün tarixi hadisə oldu.  Ulu Öndərin təşəbbüsü ilə tarixləşmiş tarixi gün – 31 Dekabr xalqın birliyə sədaqətinin, sədaqətə sevgisinin günü oldu. Bu və ya digər səbəblərdən Azər­bay­candan kənarda yaşayanların ruhu Azərbaycandan iraq olmayıb. Onlar doğmalıqdan uzaqda yaşasa da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təb­li­ğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş et­dirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbay­canın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki