“ArBat” (“Erməni Batalyonu”) xüsusi təyinatlılarının komandiri Hayk Qasparyan Ukrayna müharibəsində “döyüş tapşırığını yerinə yetirərkən” öldürülüb.
Qanunla.az erməni nəşrlərinə istinadən yazır ki, Qasparyan könüllü hərəkatının “əfsanəvi simalarından biri” kimi təqdim edlir.
Onun döyüşdə öldürülməsi xəbərini “WarGonzo” Telegram kanalının operatoru Vladislav Jizdok məlumat verib.
“ArBat” 2022-ci ilin sentyabr ayında idmançı və iş adamı Armen Sərkisyan tərəfindən yaradılıb. 1 iyul 2023-cü ildə Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olub. “ArBat” “Pyatnashka” muzdlu briqadasının bir hissəsinə çevrilib. “ArBat” batalyonunun yaradıcısı Armen Sərkisyan eyni zamanda kriminal dairələrdə “Armen Qorlovski” ləqəbi ilə tanınırdı. Ötən ilin fevralında Sərkisyan sui-qəsd nəticəsində öldürüldü. Sərkisyanın kriminal keçmişi qətlin əsas motivlərindən biri olaraq ehtimal edilirdi. Sərkisyan müxtəlif, o cümlədən qeyri-leqal bizneslə məşğul olub və son illərdə nüfuz dairələrinin bölüşdürülməsi ilə bağlı münaqişələrə qarışıb. Mənbələr onun Çeçenistan rəhbəri Ramzan Kadırovla çətin münasibətlərinin olduğunu qeyd edirdi. “ArBat” qondarma Donetsk Xalq Respublikasını müdafiə edib və 2022-ci ilin sentyabr
Hayk Qasparyan isə hərbi karyerasına “Vaqner” muzdlu döyüşçüləri tərkibində başlayıb və Artyomovsk (Baxmut) şəhərinin azad edilməsi üçün şiddətli döyüşlərdə iştirak edib. 2023-cü ilin yanvar ayında Rusiya Prezidenti Vladimir Putin şəxsən onu “Cəsarətə görə” medalı ilə təltif edib.

2023-cü ildən bəri Qasparyan Rusiya Müdafiə Nazirliyinin Könüllülər Korpusunun bir hissəsinə çevrilən “ArBat”a komandanlıq edirdi. Onun birbaşa komandanlığı altında bölmənin döyüşçüləri Avdiyevkaya hücumda və Kursk bölgəsindəki yaşayış məntəqələrinin azad edilməsi əməliyyatlarında iştirak ediblər.
Hayk Qasparyanın qarışıq döyüş növləri üzrə məşqçi idi və eyni zamanda erməni ictimai işlərində fəal iştirak edib. 2024-cü ildə Hayk Qasparyan Rusiya Erməniləri İttifaqı tərəfindən təsis edilən “Soqlasie” mükafatı verilib.
21 fevralda Haykın toyu olacaqmış…


























