image-qanunla-reklam
image-1650008552-1646569811_c4

Ukraynanın “Su-27” hərbi təyyarəsi vuruldu

image-lady-day-az

Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın “Su-27” döyüş təyyarəsini və 8 ədəd pilotsuz uçuş aparatını vurub.

Qanunla.az  xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-27″ qırıcısı Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında havada vurulub”, – Konaşenkov bildirib.

O əlavə edib ki, səkkiz Ukrayna pilotsuz təyyarəsi İzyum, Levkovka, Novaya Həştərxan, Novaya Kuban, Şastlivoye, Çernobayevka və Çernovı Sokol rayonlarında vurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki