image-qanunla-reklam
image-kristina-dmitrenko

Ukraynanın qadın olimpiya çempionu müharibəyə qoşuldu

image-lady-day-az

Yeniyetmələrin Qış Olimpiya Oyunlarında qalib olmuş ukraynalı biatlonçu Kristina Dmitrenko Rusiya ilə müharibəyə qoşulub.

Qanunla.Az xəbər verir ki, məlumatı Ukrayna Daxili İşlər Nazirliyi Feysbuk hesabında yayıb.

Bildirilir ki, 22 yaşlı biatlonçu Ukrayna Milli Qvardiyasında xidmət edir.

Qeyd edək ki, K. Dmitrenko 2016-cı ildə Norveçdə keçirilmiş olimpiadada qızıl medal qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki