image-qanunla-reklam
image-1689013575_1689009386_ufvjuwerirjnxa64qiau5oa2hu-e1688471288708

Ukraynadan Almaniyaya çağırış: Mane olmayın!

image-lady-day-az

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müraciətinə mane olmamağa çağırıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə o, ARD kanalına müsahibəsində bildirib.

“Almaniya hökumətini 2008-ci ildə Ukraynanın NATO-ya inteqrasiyasına qarşı açıq şəkildə çıxış edən kansler Merkelin buraxdığı səhvləri təkrarlamamağa çağırıram. Bunun nəticəsi Rusiyanın daha aqressiv davranışı oldu – baxın Gürcüstan, Qərbə düşmənçilik və indi Ukraynaya təcavüz”, – Kuleba deyib.

Onun sözlərinə görə, artıq NATO üzvlərinin böyük əksəriyyəti Ukraynanın Alyansa daha tez qoşulmasını dəstəkləyir.

Qeyd edək ki, 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Almaniya və Fransa Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxış ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki