Qanunla.Az xəbər verir ki, Ukrayna Xerson vilayətində həmyerlilərimiz Oleq Andreyeviç Krapivin (Oleq Bakinski), Xerson Ağsaqqalar cəmiyyətinin sədri Elman Ağayev, Azərbaycan Diasporunun Gənclər təşkilatının sədri Tarzan Ismayılov,Namiq Mehtiyev,Zahir Məmmədov,Rasim Mustafayev,Teymur Hacıyev və Dəyanət Məmmədovun təşkilatçılığı ilə Qurban bayramı münasibəti ilə uşaq evlərinə,kimsəsiz və əlil uşaq sığınacaqlarına ərzaq yardımı və qurban payı çatdırılıb.
Məlumat üçün bildirək ki, həmyerlilərimizin xeyriyyəçilik proqramında kimsəsiz uşaqlara xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbkarı olmaqdır.Bütün bu deyilənlər, yazılanlar, danışılanlar həmyerlilərimizin xeyriyyəçilik, vətənpərvərlik, humanizm istiqamətində olan fəaliyyətlərinin kiçik bir hissəsidir. İnanırıq ki, bu kiçik, lakin önəmli təqdimatdan sonra həmyerlilərimizin bütün həyatı, fəaliyyəti, xüsusilə də xeyriyyəçilik əməli daha geniş şəkildə də təqdim ediləcək. Çünki belə insanların xeyriyyəçilik fəaliyyətlərini, gözəl əməllərini təbliğ etmək lazımdır ki, bu ənənələr inkişaf etsin, genişlənsin və dünyamız daha da gözəlləşsin.
Azərbaycandan uzaqda yaşasalarda həmyerlilərimiz üçün vətən, torpaq, millət və dövlət hər şeydən üstün olduğundan fəaliyyəti ilə yanaşı kapitallarınıda bu istiqamətdə xərcləyirlər.





Qanunla.Az
Vüqar Rəhimov


























