Ötən gecə Ukrayna ordusu təcavüzkarın Kiyevə növbəti hücumunu dəf edib. Bu yaxınlarda ukraynalı müdafiəçilərin SOBR xüsusi təyinatlılarının bir qrupunu məhv etdiyi barədə məlumat alınıb. Onlarla birlikdə Kemerovo vilayətindəki SOBR dəstəsinin rəisi Konstantin Oqiy də ölüb. O, əvvəllər Əfqanıstan və Çeçenistanda döyüş əməliyyatlarında iştirak edib.
Qanunla.Az xəbər verir ki, bu barədə “Taiga.info” portalı məlumat yayıb.
Rusiya hüquq-mühafizə orqanlarına yaxın iki mənbə bildirib ki, onlar pusquya düşüblər:
“42 nəfərimiz, iki SOBR dəstəsi öldürülüb. Ölənlər arasında nə qədər çevik polisimiz var, hələ bilinmir. Konstantin Oqiyin dəstəsi Belarusdan Ukrayna ərazisini daxil olub”.
Təhlükəsizlik qüvvələrindəki digər mənbə isə pusquda onlarla insanın həlak olduğunu bildirib:
“Bu gün onların meyitləri olan təyyarə Rusiyaya çatmalıdır”.


























