Ukrayna NATO-ya qəbul olunarsa, Rusiya üçün təhlükələr dəfələrlə artacaq.
Qanunla.Az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsi var, orda aydın olur ki, Alyansın bütün ölkələri üzvlərindən birinin təcavüzə məruz qaldığı təqdirdə onun tərəfində vuruşmalıdırlar:
“Krımlıların və Sevastopol sakinlərinin iradəsini heç kim tanımadığından, Ukrayna israr edir ki, bura onun ərazisidir. Bizim real təhlükəmiz var”.


























