image-qanunla-reklam
image-1649317444_630_360_1649255019-880-1

“Ukrayna müharibəyə görə 1 trilyon dollar itirəcək” – Şmıqal

image-lady-day-az

Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə ölkəmizə 1 trilyon dollardan çox başa gələcək.

Qanunla.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal “BBC News” müsahibəsində deyib.

“Martın birinci ongünlüyünə birbaşa itkilər – həm Kiyev İqtisadiyyat Məktəbinin, həm də İqtisadiyyat Nazirliyinin məlumatına görə – 560 milyard dollardan çox olub. Əgər ümumi daxili məhsulun itkilərini uzunmüddətli perspektivdə dağıdılmış istehsal müəssisələri, dağılmış infrastruktur faktlarından hesablasaq, itkilərin məbləği 1 trilyon dollardan qat-qat artıqdır. Müharibə səbəbindən ölkəmizin itirəcəyi budur”, – deyə  baş nazir ifadə  edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki