image-qanunla-reklam
image-img_20211103_085350

Ukrayna müdafiə naziri istefa verdi

image-lady-day-az

Ukraynanın müdafiə naziri Andrey Taran istefa ərizəsi yazıb.

Qanunla.Az xəbər verir ki, bu barədə məlumatı Ukrayna hökumətinin rəsmisi Taras Melniçuk yayıb.

“Müdafiə naziri Andrey Taran istefa ərizəsini Ali Radaya təqdim edib”, – o bildirib.

Məlumata görə, müdafiə naziri vəzifəsinə hakim Xalqın Xidmətçisi fraksiyası Aleksey Reznikin namizədliyini irəli sürüb.

Qeyd edək ki, bundan öncə Ukrayna lideri Vladimir Zelenski kadr islahatlarının anonsunu vermişdi. Ukrayna mediası 5 nazirin dəyişəcəyi haqda məlumat yaymışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki