image-qanunla-reklam
image-593e91bfb6aa03065ca0430c57b9e04c

Ukrayna kəşfiyyatı Krımda Rusiyanın “S-400”lərini məhv etdi

image-lady-day-az

Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) məxsus xüsusi təyinatlı qüvvələr Rusiyanın hava hücumundan müdafiə sistemlərinə zərbə endiriblər.

Qanunla.az xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, noyabrın 1-dən 2-nə keçən gecə həyata keçirilən əməliyyat zamanı “S-400 Triumf” zenit-raket divizionunun idarəetmə məntəqəsi və onun mühüm texniki avadanlıqları məhv edilib.

Bildirilib ki, zərbə nəticəsində 92N6E çoxfunksiyalı radiolokasiya stansiyası və idarəetmə məntəqəsinin avtonom enerji təchizatı sistemi tamamilə sıradan çıxıb.

Həmçinin GUR qüvvələri Rusiya ordusuna məxsus “AORL-1AS” aerodrom müşahidə radiolokatorunu və P-18 “Terek” tipli radiolokasiya stansiyasını da vurublar.

Hadisənin dəqiq yeri açıqlanmasa da, Ukrayna tərəfi bu əməliyyatın “Krım yarımadasındakı Rusiya hava müdafiə şəbəkəsinə ciddi zərbə vurduğunu” qeyd edib.

Rusiya tərəfi isə hələlik hücum və itkilərlə bağlı hər hansı məlumat yaymayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki