image-qanunla-reklam
image-media-img-20250920-wa0017-6hv8jg975qnmoui1rxb2

UĞURLU VƏ PARLAQ ANTİTERROR TƏDBİRLƏRİNDƏN 2 İL KEÇİR!

image-lady-day-az

UĞURLU VƏ PARLAQ ANTİTERROR TƏDBİRLƏRİNDƏN 2 İL KEÇİR!

Azərbaycan tarixində antiterror tədbirləri çox böyük hadisə oldu. Bu, Azərbaycanın suverenliyinin bərpası, separatizmin ləğvi, bu, örnək əməliyyatı idi. Mülki əhali əziyyət çəkmədən seperatçılara, terrorçulara qarşı keçirilən bir əməliyyat idi. Həm də bir gündən az çəkdi. Dünyada belə analoqu olan əməliyyat yoxdur. Bu əməliyyat öyrənilməlidir, necə ki, Şuşanın azad edilməsi və digər əməliyyatlar dünyanın bir çox hərbi akademiyaları tərəfindən araşdırılır. O cümlədən, bu antiterror əməliyyatı da araşdırılır. Ona görə ki, bu əməliyyat həm qısa çəkdi, həm də çox peşakar səviyyədə hazırlanmışdı. Mülki əhali heç bir zərər görmədi. Bunu hətta dünya, hər kəs etiraf etmək məcburiyyətindədir. Azərbaycan dövlətinin necə peşəkar səviyyədə bu əməliyyatı həyata keçirdiyini gördülər. Hər bir şəxs də bununla razılaşır. Bu, Azərbaycan tarixi üçün, Azərbaycan silahlı qüvvələri üçün çox əlamətdar hadisələrdən biridir. Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edilir. Bununla yanaşı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Döyüş əməliyyatlarının aparıldığı ərazidə ordumuz humanizm nümayiş etdirərək bu ərazilərdə yaşayan erməni əhalisinə dəfələrlə müraciət edərək onların təhlükəsizliyinin təminatı üçün əlavə tədbirlər həyata keçirir. Eyni zamanda Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etsə də onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bəyan etdi. Artıq antiterror əməliyyatlarından 2 il ötür. Bu müddət ərzində ölkəmizin ərazi bütövlüyü təmin edilib, işğaldan azad edilən ərazilərdə Azərbaycanın üçrəngli bayrağı ucaldılıb. Bu, Azərbaycan xalqının necə vətənpərvər olduğunu göstərdi. Vətəni, dövləti, bayrağı nə qədər sevdiyini, nə qədər doğru addımlar atdığını göstərdi. Dünyada müharibələr var ki, uzun müddət davam edir və Azərbaycan dövləti axır zamanda öz istəyinə çatdı. Qarabağda qısa zamanda bərpa quruculuq işləri gedir, Xankəndidə universitet açıldı. Bu özü böyük quruculuğun nə qədər önəmli olduğunu göstərir. Orada artıq Azərbaycan övladları təhsil almağa başlayacaq. Bu da dünyaya bir mesajdır. Necə ki, sürətlə işğaldan azad edildi, elə də sürətli quruculuq, bərpa işləri həyata keçirilir. Qısa zamanda Qarabağda hava limanları tikilməsi, dəmir yolu xəttinin çəkilməsi, avtomobil yollarının çəkilişi, su, işıq, qazın çəkilməsi, kənd və şəhərlərin bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtması çox böyük tarixi hadisədir. “Böyük Qayıdış”ın özü də öyrənilməlidir. Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalıdır ki, həyata keçirilmiş bu cür lokal xarakterli antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsidir və bütün bunlara yalnız Ermənistan hökuməti məsuliyyət daşıyır.
Bu baxımdan dinc mülki əhalinin və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi ölkəmizin təbii və qanuni haqqıdır. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır. Misilsiz dövlətçilik təfəkkürünə malik cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki