image-qanunla-reklam
image-qelebe_paradi

Uğura gedən yol

image-lady-day-az

Uğura gedən yol
Azərbaycan xalqı Qələbə zəfəri ilə keçirilən Qələbə Paradının həsrətini düz otuz ildir ki, gözləyirdi.Sentyabrın 27- dən başlanan II Qarabağ müharibəsində beş şəhərimizi Azərbaycan ordusunun gücü,qüdrəti sayəsində işğaldan azad etdik.
Bu qələbə münasibətilə keçirilən parad həm də o torpaqlarımızın otuz il həsrətində olduğu Qələbə paradı oldu. Nəhayət , bu Ali Baş Komandanımız , cənab prezident İlham Əliyevin həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin , Müzəffər Şanlı Ordumuzun , igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır!
Müqəddəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu.Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın ,həmin torpaqlarda dalğalanan üçrəngli bayraqlarımızın nümayiş olunduğu , intizarında və həsrətində olduğumuz parad oldu.Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020 – ci il dekabrırın 10 – da Bakının Azadlıq meydanında keçirilmiş “Zəfər Paradı”nda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir.Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı ,prezident cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdir.Möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında 150- dək hərbi texnika , o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika , raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri,eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı.Vətən müharibəsində qələbə münasibətilə “ Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub – “ Vətən Müharibəsi Qəhrəmanı”, “ Cəsur döyüşçü”, “ Döyüşdə fərqlənməyə görə”, Suqovuşanın azad olunmasına görə” və s. orden və medallar təsis edilmişdir.
Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və qələbənin möhtəşəmliyini göstərir. Park Bakının Xətai rayonundadı.Parka gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək. Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən otuz il ərzində işğal etdiyi torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu. Lakin Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, biz lazımi dərəcədə yeni müasir silahlar əldə edə bilməzdik. Bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır. QARABAĞ AZƏRBAYCANDIR !

Zərbalıyev Pərviz
Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki