Rusiya təhlükəsizlik qüvvələri Ufa şəhərində hazırlanan terror hücumunun qarşısını alıb.
Qanunla.Az xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.
Silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarının yerləşdiyi binalarda partlayış hazırlamağı planlaşdırıblar:
“Terror hücumunu hazırlamaqda şübhəli bilinən şəxsin kirayədə qaldığı evində əldəqayırma partlayıcı qurğu və digər silah növləri tapılıb. Həmçinin, saxlanılan şəxsin mobil telefonunda terrorçu strukturların üzvləri ilə yazışmalar aşkarlanıb”, – deyə bildirilib.
Qeyd olunur ki, həbs olunanlar Təhrir əş-Şam terror təşkilatının üzvləri olub


























