image-qanunla-reklam
image-269851392_734511140855946_1366576168090252701_n

Uelsdə boz dələ 18 nəfəri dişləyib

image-lady-day-az

 

Uelsin Flintşir qraflığının kiçik Bakli şəhərinin sakinlərini dəhşətə gətirən dələ ələ keçib.

O, son iki gün ərzində 18 nəfəri dişləyib.

Dələyə “Qremlinlər” filmindəki mənfi personajın adına uyğun olaraq “Strayp” ləqəbi verilib.

Vəhşi heyvan 65 yaşlı Corrin Reynolds tərəfindən tələyə salınaraq Kral Heyvanları Müdafiə Cəmiyyətinə təhvil verilib.

Doqquz nəvəsi olan qoca yay aylarından etibarən heyvanı bəsləyib. Dələ yemək və sığınacaq üçün mütəmadi olaraq onun bağına gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki