Türkmənistanla mövqelərimiz üst-üstə düşür
Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksələn xətt üzrə davam etməkdədir. Strateji tərəfdaşlıq üzərində qurulan bu münasibətlər tarixi zirvəyə yüksəlib.
Türkmənistan Mərkəzi Asiyanın böyük enerji ehtiyatlarına malik ölkələrindən biridir:
Lakin uzun illər proseslərdən kənarda qalırdı. Prezident İlham Əliyevin Türkmənistanla yaratdığı əlaqələr, qarşılıqlı səfərlər bu məsələdə fərqli bir bucaq yaratdı. Bütün bunları Prezident cənab İlham Əliyevin region dövlətləri, o cümlədən Türkdilli dövlətlərlə qurduğu səmimi dialoqun, uğurlu siyasətin tərkib hissəsi hesab etmək olar.
Bu yaxınlarda Prezident İlham Əliyevin dəvəti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımüəhəmmədovun Azərbaycana səfəri zamanı çox isti, əziz bir qonaq kimi qarşılandı, əsl qardaşlıq münasibəti göstərildi. Prezident cənab İlham Əliyevlə birlikdə Qarabağda oldu və Prezident ona “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi. Bu, böyük hörmət idi. Eyni zamanda milli kökümüz bir olan Türkmənistan xalqına və onun rəhbərinə göstərilən xüsusi diqqət idi.
Prezident cənab İlham Əliyevin Türkmənistana səfəri, orada Türkmənistan, Azərbaycan və Özbəkistan Respublikaları arasında yüksəksəviyyəli samitdə iştirakı, imzalanan sənədlər bir daha göstərir ki, bu münasibətlər dayanıqlı və strateji əhəmiyyət daşıyır.
Prezident cənab İlham Əliyev görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində bəyanatı barədə bildirdi ki, Türkmənistanla mövqelərimiz üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Bu, çox böyük və tarixi bir mövqedir. Yəni Türkmənistan və Azərbaycan arasındakı münasibətlər o qədər dərindir ki, bir çox sahədə əməkdaşlıq perspektivləri qurulacaq, strateji addımlar atılacaq və bu əlaqələr daha da inkişaf etdiriləcək. Bu, böyük mənada ciddi və dayanıqlı münasibətlərin qurulması və inkişafı deməkdir.
Azərbaycan və Türkmənistan arasında bu əlaqələr bütün sahələri əhatə edəcəkdir. İstər iqtisadi, istər siyasi və istərsə də nəqliyyat-kommunikasiya sahələrində də özünü gəstərəcəkdir. Xüsusilə enerji sahəsində bu əməkdaşlıq imkanları geniş spektri əhatə edəcək və Azərbaycan vasitəsi ilə Türkmənistan və Avropa ölkələri arasında ticarət-iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinə təkan veriləcək.
Türkmənistan 5 Xəzər ölkəsindən biridir:
“Böyük enerji ehtiyatlarına malikdir. Onun karbohidrogen ehtiyatı təqribən 70 milyarddan çoxdur. Lakin Avropaya çıxış imkanları məhduddur. Azərbaycan isə enerji ehtiyatlarına malik olmaqla yanaşı Asiya və Avropa arasında ən mühüm tranzit ölkədir.
Türkmənistanın Avropaya etibarlı çıxışı üçün Azərbaycanla əməkdaşlıq etməsi mühüm şərtdir. Böyük qaz ehtiyatlarına malik Türkmənistan Azərbaycan vasitəsi ilə xaricə çıxış imkanları qazanacaq. Türkmənistan qazının o cümlədən Türkiyəyə çatması üçün ən uyğun və etibarlı alternativ Azərbaycan – Xəzər marşrutudur. Bu xətt həm də türk dünyasının inkişafı üçün əhəmiyyətli bir trayektoriyadır.
Bu baxımdan cənab Prezident İlham Əliyevin dediyi “Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək” fikri özlüyündə çox böyük mənaya və gələcək perspektivə hesablanmış fikirlərdir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova