image-qanunla-reklam
image-media-535524434_1320720549407720_1621566690220138960_n-aryn910j4hzuv8cqb3mi

Türkmənistan Qarabağda məscid inşa edəcək

image-lady-day-az

Türkmənistan Qarabağda məscid inşa edəcək.

Azərbaycana səfər edən Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dünən Prezident İlham Əliyevlə görüşüb, Milli Məclisdə olub, Qarabağa gedib.  Türkmənistan hazırda Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. Berdiməhəmmədovun səfəri ikili münasibətlər baxımdan vacibdir. Hələ Ulu öndər Heydər Əliyevlə Türkmənistanın birinci lideri Saparmurat Niyazovun zamanından belə Türkmənistanla  Azərbaycan arasında münasibəltər zaman-zaman kəskinləşib. Sonra da hər iki dövlət aralarında məsafə qoyub. Bugünkü yumşalma, əlbəttə, Türk Dövlətləri Təşkilatına da təsir edəcək. Müstəqillik əldə etdikdən sonra rəsmi Aşqabad bitərəf qalmağı hər şeydən üstün bilir, heç bir hərəkata, bloklara qoşulmur. Türkmənistan TDT-yə də çox məsafəlidir. Azərbaycan Prezidentinin Qurbanqulu Berdiməhəmmədovu bu cür səmimi qarşılaması, Türkmənistan Xalq Məsləhəti sədrinin parlamentimə gəlməsi Türkmənistanın TDT-də təmsil olunmasına, ən azı TDT-nin həyata keçirdiyi bir çox layihələrdə iştirak etməsinə gətirib çıxara bilər. Uzun zamandan sonra vaxtilə Türkmənistan Prezidenti olmuş, indi isə Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkənin münasibətləri baxımdan çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qurbanqulu Məlikquliyeviçin Azərbaycana son səfəri zamanı Qarabağ bölgəsinə birgə səfərlər həyata keçirilib və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətlərimizin mövqelərinin üst-üstə düşməsi, gələcək əməkdaşlıq perspektivlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarının güclənəcəyini göstərir.

Türkmənistanın Füzuli şəhərində məscid inşa edəcəyi barədə qərarı Azərbaycan–Türkmənistan qardaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, bu təşəbbüs qardaş türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyini, həm də işğaldan azad edilmiş torpaqlarda birgə mədəni-mənəvi irsin dirçəlişinə xidmət etdiyini sübut edir. Artıq məscidin memarlıq layihəsi hazırlanıb və yaxın gələcəkdə onun təməlinin qoyulması planlaşdırılır.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki