image-qanunla-reklam
image-turk-ordusu

Türkiyədən qisas əməliyyatı: 44 terrorçu məhv edildi

image-lady-day-az

Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin şəhid olduğu Şanlıurfanın Akçaqala bölgəsində 44 terrorçu məhv edilib.

 

Qanunla.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar deyib.

 

Nazir qeyd edib ki, xain hücumdan sonra müəyyən edilmiş hədəflərə qarşı cəza əməliyyatlarına başladıq:

 

“Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

 

Qeyd edək ki, yanvarın 11-də Akçaqalada terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki