Qanunsuz yollarla Türkiyədən Yunanıstana keçmək istəyən 21 nəfər saxlanılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan 21 nəfərdən 14-nün FETÖ üzvü olduğu ortaya çıxıb.
Bundan başqa, qeyri-qanuni yolla Suriyadan Türkiyəyə keçmək istəyən 1 nəfərin İŞİD terror təşkilatının üzvü olduğu məlum olub.


























