image-qanunla-reklam
image-1628920974-1047985550_0_52_1000_615_1920x0_80_0_0_37eb826281d510d6d823c03eddc7bb5d

Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatdı

image-lady-day-az

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

Qanunla.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki