Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dənizdə su səviyyəsinin qalxması nəticəsində küçələri sel basıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Ümumi Müdirliyi açıqlayıb.

Məlumata görə, hadisəyə səbəb zəlzələ bölgələrindəki əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlarından sonra gecə saatlarında başlayan fırtına olub.

Dəniz suları yüz metrlərlə şəhərin içərilərinə doğru irəliləyib.