Türkiyə Yaponiyanın strateji tərəfdaşı və regional güc olaraq Ukraynadakı mövcud vəziyyətdə fəal vasitəçilik rolunu oynayır.
Qanunla.Az xəbər verir ki, bu sözləri Yaponiyanın xarici işlər naziri Hayaşi Yosimasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Antalyada birgə keçirdiyi mətbuat konfransında deyib.
“Nazir Çavuşoğlu Türkiyənin Ukrayna və Rusiya ilə yaxın əlaqələrə əsaslanan diplomatik səyləri ilə bağlı ətraflı məlumat verdi. Yaponiya Türkiyənin bu mövzuda göstərdiyi səyləri yüksək qiymətləndirir və ona hörmətlə yanaşır. Beynəlxalq asayişin əsaslarını qorumaq üçün gələcəkdə də sıx əməkdaşlığımızı davam etdirəcəyimizi bildiririk. Beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı əməkdaşlığının əhəmiyyətini də anlayırıq. Türkiyə ilə nüvə silahsızlanması və yayılmaması mövzusunda yaxından işləmək barədə də razılaşdıq” – Yosimasa bildirib.


























