image-qanunla-reklam
image-f16

Türkiyə F-16-larla bağlı 2 milyardlıq saziş imzaladı

image-lady-day-az

Türkiyənin “Turkish Aerospace” şirkəti və ASELSAN F-16 qırıcılarının eskadrilyasının modernləşdirilməsinə dair müqavilə imzalayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “Defens Nyus” məlumat yayıb.

Məlumata görə, dəyəri 2 milyard dollar olan müqavilə qırıcıları “Block 30” standartına və daha yuxarı səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub:

“Turkish Aerospace” və ASELSAN müqavilənin təfərrüatını açıqlamayıb. Modernləşdirmə proqramı Türkiyə istehsalı olan silah sistemlərinin inteqrasiyasını və ASELSAN tərəfindən hazırlanmış MURAD AFAR-dan yerli radarların quraşdırılmasını asanlaşdıracaq”.

Qeyd edək ki, Bayden administrasiyası Türkiyənin ABŞ-dan 40 ədəd yeni F-16, eləcə də təkmilləşdirmə dəstləri almaq istəyini dəstəkləyib. Bəzi konqresmenlər, xüsusilə də Senatın Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst Bob Menendes buna qarşı çıxır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki