image-qanunla-reklam
image-78df844a-9189-35ef-b7a5-6185e392db7b_850

Türkiyə bu gün dünya miqyasında söz sahibidir

image-lady-day-az

Türkiyə bu gün dünya miqyasında söz sahibidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözlərinin həyatda  təsdiqidir. Səfərin əvvəlində ölkəmizin başçısı ilk olaraq Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri və Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Ankarada keçirilən rəsmi tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşləri olub, hər iki dövlə üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. İlk növbədə vurğulanmalıdır ki, əldə edilən razılığa

görə Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcəkdir.Ankarada keçirilən görüş zamanı mətbuata bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.Mətbuata bəyanatında Prezident İlham Əliyevin bildirdiyinə görə Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır.Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.Qeyd edilib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Belə ki, bu ilin iyulunda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti iştirak edəcək və bu, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 il düşmən işğalı altında olan toppaqlarının böyük bir hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda olub. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi Azərbaycan savaş meydanında cəmi 44 gün ərzində həll etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. İki ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər il ən azı 10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü daha da artırır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.

Zərdab Gənclər evinin metodisti – Toğrul Abulov

 

 

 

Qardaşlıq əlaqələrinin təzahürü.

Artıq ənənəyə çevrilən  Azərbaycan və Türkiyə dövlət başçılarının prezident seçkilərindən sonra  qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir.  Prezident cənab İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  «Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır» sözlərinin həyatda  təsdiqini tapmasıdır.. İllərin sınağından çıxan, bərkiyən, qırılmaz tellərlə bağlanan Türkiyə –Azərbaycan qardaşlığının əsl həmrəylik  nümunəsi olduğunu təsdiqləyən tarixi  məqamlar istənilən qədərdir. 15 sentyabr 1918-ci ildə   Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etməsi,  azərbaycanlıların Çanaqqala, Sarıqamış döyüşlərində  türkiyəli əsgərlərlə  düşmənə qarşı   eyni cəbhədə vuruşmaları qardaşlıq nümunəsi idi. Türkiyənin regionda güclənən mövqeyindən   ehtiyatlanan qüvvələrin bir neçə il bundan əvvəl «Gezipark»da, Taksim meydanında, İstanbul Atatürk Hava Limanında törətdikləri  terror aktlarını, təxribatları qanlı  siyasət,   mənfur niyyətlər  kimi lənətləyərək qardaşlarına  mənəvi dəstək  olan  Azərbaycan və türk xalqları  birliyimizi dünyaya nümayiş etdirdilər. Türk dünyasının öndərlərindən olan Mustafa  Kamal  Atatürkün « Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz» sözlərinin  hikmətini 15 iyul 2016-cı ildə xarici dairələrin planlaşdırdıqları dövlət çevrilişinə cəhdin qarsısını qətiyyətləri ilə alan türkiyəli  qardaşlarının yanında olan Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» aforizminin əbədiliyini  təsdiqlədi.Hərbi qiyamın qarşısının alınmasında milyonlarla insanın eyni məqsəd naminə  ayağa qalxması,   hakimiyyətə gəldiyi gündən xalqın maraqlarını əsas tutaraq fəaliyyətini dünya siyasətinə uyğun  tənzimləyən Türkiyə  ilə bu birlik  əsrlərdən qaynaqlanan milli-mənəvi dəyərələrə sadiqlik idi. Bu səmimi qardaşlıq münasibətini  15 iyul hadisələri ilə bağlı  keçirdiyi görüşdə  mitinqlərdə  kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məğbul hesab etməyən   cənab Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə  qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir: «Azərbaycan bizim ailəmizin üzvüdür.»  Hər iki xalq arasındakı  dostluğun sarsılmazlığı artıq aforizmə çevrilən bu sözlərlə də ifadə olunur: «Türkiyə ilə Azərbaycan tək ürəkdir!», « Biz birlikdə güclüyük!», «Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir!» Bölgədə sülh, barışıq, əməkdaşlıq tərəfdarı olan Türkiyə qonşuları ilə   mehriban münasibətlərini genişləndirməklə iqtisadi əlaqələrin şaxələndirilməsinə də  töhfəsini verməkdədir.  Türkiyənin təşəbbüsü ilə  yaradılan  Cənubi  Qafqazda  Sabitlik və Əməkdaşlıq Platforması strateji tərəfdaşlıq,  sülhyaratma missiyasını həyata keçirir.

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli

 

 

 

İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.

“Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”. Biz bunu İkinci Vətən müharibəsində və Antiterror əməliyyatları zamanı sübut etdik ki, bizim ordumuz, xalqımız hər zaman güclüdür. Azərbaycanın bundan sonrakı inkişaf kursunun böyük insan kapitalına, zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə, eyni kökə və tarix-mədəniyyətə malik olan türk dövlətləri ilə böyük birliyə gedən yol ilə bağlı olduğunu bildirmiş və bunu qətiyyətlə hər kəsə bəyan etmişdir.  Heç vaxt bizdən dəstəyini, köməyini əsirgəmiyən Qardaş ölkəmiz Türkiyəni də unutmaq olmaz. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra qazandığımız qələbədən sonra dəyişən dünya reallığında Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə, eyni zamanda türk dövlətlərinin birliyi yönündə qətiyyətli işlər görmüş, Şimali Kipr Türk Cümhuriyyətinin  Türk Dövlətləri Təşkilatına inteqrasiyası yönündə çox cəsarətli addımlar atmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək növbəti Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin də dəvət olunmasını yüksək qiymətləndirir. Əməkdaşlıq sahələrindən biri də  hərbi sahədə işbirliyidir Təbii ki, burada iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsini də unutmamaq lazımdır. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Türkiyə-Azərbaycan yaxın gələcəkdə digər türk dövlətlərini də vahid gücə çevirəcək ki, bu da Böyük Türk Ailəsinə gedən yolun başlanğıcı sayıla bilər. Azərbaycan və Türkiyə bütün istiqamətlərdə əməkdaşlığı daha da yüksək səviyyəyə çatdıracaq, hər iki ölkə yeni dünya nizamında yeni hərəkət xəritəsinə malikdirlər. Bu isə o deməkdir ki, Türkiyə və Azərbaycan xarici siyasətdə də eyni hədəflərə doğru birgə hərəkət edirlər. Biz bir Millət,  İki Dövlətik.

Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva

 

 

İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.

 “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”. Biz bunu İkinci Vətən müharibəsində və Antiterror əməliyyatları zamanı sübut etdik ki, bizim ordumuz, xalqımız hər zaman güclüdür. Azərbaycanın bundan sonrakı inkişaf kursunun böyük insan kapitalına, zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə, eyni kökə və tarix-mədəniyyətə malik olan türk dövlətləri ilə böyük birliyə gedən yol ilə bağlı olduğunu bildirmiş və bunu qətiyyətlə hər kəsə bəyan etmişdir.  Heç vaxt bizdən dəstəyini, köməyini əsirgəmiyən Qardaş ölkəmiz Türkiyəni də unutmaq olmaz. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra qazandığımız qələbədən sonra dəyişən dünya reallığında Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə, eyni zamanda türk dövlətlərinin birliyi yönündə qətiyyətli işlər görmüş, Şimali Kipr Türk Cümhuriyyətinin  Türk Dövlətləri Təşkilatına inteqrasiyası yönündə çox cəsarətli addımlar atmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək növbəti Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin də dəvət olunmasını yüksək qiymətləndirir. Əməkdaşlıq sahələrindən biri də  hərbi sahədə işbirliyidir Təbii ki, burada iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsini də unutmamaq lazımdır. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Türkiyə-Azərbaycan yaxın gələcəkdə digər türk dövlətlərini də vahid gücə çevirəcək ki, bu da Böyük Türk Ailəsinə gedən yolun başlanğıcı sayıla bilər. Azərbaycan və Türkiyə bütün istiqamətlərdə əməkdaşlığı daha da yüksək səviyyəyə çatdıracaq, hər iki ölkə yeni dünya nizamında yeni hərəkət xəritəsinə malikdirlər. Bu isə o deməkdir ki, Türkiyə və Azərbaycan xarici siyasətdə də eyni hədəflərə doğru birgə hərəkət edirlər. Biz bir Millət,  İki Dövlətik.

Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva

 

 

 

Mühüm beynəlxalq layihə

2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabdan Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ikitərəfli Saziş habelə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu” MMC arasında “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit müqaviləsi imzalanmışdır.Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.2011-ci il mayın 18-də Bakı şəhərində İkitərəfli Sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanmışdır. Bu dəyişikliklər əsasında 01 iyul 2011-ci il tarixində Kreditor və Borcalan arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanmışdır.Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki dəmir yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçirilmişdir. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin – 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan Respublikası tərəfindən 775 milyon ABŞ dolları, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon ABŞ dolları və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları, həcmində kredit vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan – Koordinasiya Şurası yaradılmışdır. Sərəncama əsasən “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi Azərbaycan Respublikası Höküməti tərəfindən işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Bunu da qeyd edim ki Bakı-Tbilisi-Qars dəmiryolu yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

Zərdab Gənclər evinin metodisti – Toğrul Abulov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki