Qırğızıstanda hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısı alınıb.
Qanunla.Az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, DTK Daxili İşlər Nazirliyi ilə birlikdə ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.


























