image-qanunla-reklam
image-5e886414-5e48-469f-80b1-6b92199b28c3_850

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

image-lady-day-az

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Türk Dünyası çox geniş coğrafiyanı əhatə edir. Bəzi ölkələr böyük təbii sərvətlərə malikdir, bəzilərinin isə güclü hərbi imkanları var. Türk dünyası ölkələri bütün bu səylərini birləşdirsə, qlobal səviyyədə ciddi oyunçu ola bilər. Bu baxımdan Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzlərindən birinı çevrilməsi lazımdır. Prezident cənab İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında deyib ki, Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir: “Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm”. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı özünü Türk Dövlətləri Təşkilatıının fəallaşmasında göstərir. Son illərdə nəzərəçarpacaq dərəcədə bu təşkilat çərçivəsində türk öləkləri əməkdaşlığı gücləndirir. Bu inkişaf, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə müşahidə olunur. Türk Dövlətləri Təşkilatı  və digər regional formatlarda, bu ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq artır və birgə təşəbbüslər daha da genişlənir. Türk Dünyası ölkələri arasında qarşılıqlı siyasi dəstək və əməkdaşlıq, regional və beynəlxalq məsələlərdə birgə mövqelərin ortaya qoyulmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı, bu əməkdaşlığın əsas platformalarından biridir və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. İqtisadi sahədə birgə layihələr, ticarət əlaqələrinin inkişafı və enerji sahəsində əməkdaşlıq önəmlidir. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən mexanizmləri mövcuddur və bu əməkdaşlıq həmçinin infrastruktur layihələrini əhatə edir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.

Türk Dünyası ölkələri arasında dil, tarix və mədəni irsin qorunması və təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu əməkdaşlıq çərçivəsində, kitab sərgiləri, musiqi və teatr festivalları, elmi konfranslar təşkil edilir. Türk Dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlıq artmaqdadır. Ortak universitetlər və təhsil proqramları yaradılır, elmi tədqiqatlar və mübadilə proqramları həyata keçirilir. Həmçinin, tələbə mübadiləsi və təcrübə proqramları da bu əməkdaşlığın bir hissəsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Türk Dövlətləri Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının əsasını qoyduldu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Prezident cənab İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirakı zamanı çıxış edib. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Azərbaycan həm də Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Cənab Prezident çıxışı zamanı vurğulayıb ki, “Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”. Sevindirici haldır ki, Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Son illərdə türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Türkdilli dövlətlər arasında strateji əməkdaşlıqda isə Azərbaycanın xüsusi rolu var. Beləliklə, türkdilli dövlətlərin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu prosesdə Azərbaycanın çox əhəmiyyətli rola malik olduğunu ayrıca qeyd etmək lazımdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələr  fəaliyyət üçün əsas təməldir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki