image-qanunla-reklam
image-seid-kais

Tunis prezidenti Ali Məhkəmə Şurasını buraxdı

image-lady-day-az

Tunis Prezidenti Kays Səid ölkənin Ali Məhkəmə Şurasının buraxılması barədə qərar qəbul edib.

Qanunla.az xəbər verir ki, Səid həmçinin Şura üçün müvəqqəti fərman verəcəyini bildirib.

Qeyd edək ki, 2016-cı ildə Tunisdə yaradılmış müstəqil və konstitusiya qurumu olan Ali Məhkəmə Şurası məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hakimlər üçün qaydaların tənzimlənməsi kimi vəzifələri yerinə yetirir. Kays Səid bundan əvvəl korrupsiya və terrorla bağlı işlərdə qərarları gecikdirən hakimləri sərt şəkildə tənqid etmiş və hakimlərin dövlət kimi davranmasına icazə verməyəcəyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki