image-qanunla-reklam
image-67a728e2e3b117b702e5a86361bdb718

Tramp Rumıniya prezidentini ABŞ-yə DƏVƏT ETDİ

image-lady-day-az

Rumıniya prezidenti Nikuşor Dan ABŞ prezidenti Donald Trampdan Amerikaya səfər etmək üçün rəsmi dəvət alıb.

Qanunla.az xəbər verir ki, məlumatı “Digi 24” telekanalına müsahibəsində Rumıniya liderinin təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Diakonesku açıqlayıb.

Onun sözlərinə görə, prezidentlər ” bir ay əvvəl çox yaxşı dialoq aparıblar” və həmin görüşdə Tramp Danı ölkəsinə dəvət edib: “İndi dəvət rəsmi şəkildə daxil olub”. Diakonesku qeyd edib ki, səfərin tarixi hələ müəyyən edilməyib.

Bundan əvvəl Rumıniyanın xarici işlər naziri Oana Tsoiu sentyabrda ilk növbədə Rumıniya prezidentinin ölkəyə səfərinə hazırlıq məqsədilə ABŞ-a gedəcəyini açıqlamışdı.

Tramp və Dan iyunun 25-də NATO-nun Haaqa sammitində görüşüb və kiçik söhbət aparıblar.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin ilk mərhələsində baş verən proseslər Tramp tərəfindən bir neçə dəfə tənqid olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki