image-qanunla-reklam
image-5637f327159922402822472212110131215

Tezliklə yeni yaradılan iqtisadi rayonların güclü inkişafının şahidi olacağıq – Mahir Abbaszadə

image-lady-day-az

«Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiq edilməsi də  yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədini daşıyır: «Yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir. İki yeni iqtisadi rayonun dirçəldilməsində strateji hədəflərin olması ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaqdır. Yaxın dövrdə biz müstəqil Azərbaycanımızın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq. Hazırda «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı» layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır.»

Bu fikirləri Milli Məclisin  deputatı Mahir Abbaszadə «İki sahil» qəzetinə açıqlamasında bidlirib.

M. Abbaszadə qeyd edib ki, hazırda biz tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq: «Bu işlərin miqyasını təsəvvür etmək üçün onu demək kifayətdir ki, artıq bir il ərzində Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşası davam edir. Xüsusən Laçın hava limanı çətin coğrafi relyefdə yerləşir. Bundan əlavə, Füzulidən Şuşaya Zəfər yolu çəkilib, yaxın həftələrdə məcburi köçkünlərimizin 30 illik həsrətdən sonra Zəngilanın Ağalı kəndinə ilk qayıdışı baş tutacaq. Murovdağdan Kəlbəcərə salınan yeni yol üzərində tunellərin çəkilişi də büdcəmizin miqyası haqqında təsəvvürlər əldə etməyə kömək edir. Düşünürəm ki, bu, hələ son deyil. Cari ildə də yenidənqurma və bərpa işləri daha geniş miqyasda davam edəcək. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə 2022-ci il dövlət büdcəsində 2.2 milyard manat nəzərdə tutulub.  Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqillik tariximizdə ilk dəfə bərpa etmişik. Burada müvafiq sərhəd infrastrukturunun yaradılması və sərhəd xidmətinin normal fəaliyyətinin təmin edilməsi üçün vəsaitlər xərclənir. Hərbi qüdrətimizin yüksək səviyyədə saxlanması da dövlətin prioritetləri sırasındadır.»

M.Abbaszadə əlavə edib ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 30 ilə yaxın dövrdə ermənilər bu ərazilərdə bütün evləri, infrastrukturu, mədəni və dini abidələrimizi dağıdıblar: «Onların bərpası, yaxud yenidən qurulması zaman tələb edir. Eyni zamanda, bu ərazilərdə bərpa və quruculuq işlərinin sürəti minaların təmizlənməsindən asılıdır. Hansı ərazilər ki, minalardan təmizlənib orada bərpa və quruculuq işləri sürətlə aparılır. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı görülən işlər, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman komplekslərinin, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq.  Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrinin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində isə 2000 meqavatdan çoxdur. Fikrimcə, işğaldan azad edilmiş ərazilərin həm təbii qazla, həm də elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan planlar uğurla həyata keçiriləcək. Qeyri-neft sektorundakı inkişaf meyilləri həm də ölkəmizin maliyyə-büdcə-vergi sektorlarında artımların təminatınçına çevrilib. 2022-ci ildə, eyni zamanda, ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 46 faizdən çoxdur. Ölkəmiz cənab Prezidentin rəhbərliyi ilə tərəqqi yolunda qətiyyətlə addımlamaqda davam edir».


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki