Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi
Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Tarixi Zəfər qazandı. İşğaldan sonra Şərqi Zəngəzurda böyük quruculuq işləri başladı. Prezident cənab İlham Əliyev həmişə əminliklə bildirir ki, tarixi Zəfərin davamı olan quruculuq işləri də uğurla başa çatdırılacaqdır. Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermənistan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı.
İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən müharibəsinin ilk günü azad edildi. Digər kəndlər müharibənin gedişi boyu mərhələlərlə azad olundu. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təsis olub. Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağın zəmanətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İndi Cəbrayıl Günü də sevgilərlə qeyd olunur. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir.
Nuray Kərimli –Zərdab şəhər sakini, fəal gənc