image-qanunla-reklam
image-bayraq_meydani_120715

Tarixi həqiqətlər

image-lady-day-az

Tarixi həqiqətlər.

Xankəndi şəhəri Qarabağ xanlığı tərəfindən Xankəndi (Xanın kəndi) adıyla XVIII əsrdə quruldu. Qarabağ xanlığını zorla Rusiya İmperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. 1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Azərbaycanın Sovet İmperiyası tərəfindən işğalından sonra təşkil olunan əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası LeninStalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırılmışdır. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. 1990-cı ildə Sovet ordusu Azərbaycan qüvvələrinin şəhəri ələ keçirməsinin qarşısını almaq üçün Xankəndiyə bir neçə Xüsusi Təyinatlı vzvod və digər əlavə hərbi birlikləri göndərdi. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki — “Xankəndi” adı bərpa edilmişdir. Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.[4] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir. 21 dekabr 2023-cü ildə Xankəndində futbol üzrə Azərbaycan kubokunda turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə qarşılaşmış və Qarabağ 1:0 hesabı ilə qələbə qazanmışdır.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək.

Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. 24 saat ərzində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular. Yüksək peşəkarlıqla aparılan, yalnız hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi. Oktyabrın 15-i müasir tariximizə daha bir şərəfli səhifə kimi yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyev separatçılardan təmizlənən Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bununla da müstəqil dövlətimiz öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi. İşğaldan azad olunmuş əraziləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətidir. Müharibənin bitdiyi 3 il ərzində ölkə başçımızın həmin bölgələrə davamlı səfərləri çərçivəsində yaşayış yerlərinin, obyektlərin təməllərini qoyması və genişmiqyaslı yenidənqurma işlərinə birbaşa nəzarət etməsi bunu bir daha təsdiq edir. Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfərləri də məhz düşmən əsarətindən azad olunmuş yurd yerlərimizin inkişafının, bərpasının dövlətimizin diqqət mərkəzində olduğunun isbatıdır.30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür. Yenidən qurulan Qarabağımızda bu il növbəti uğurlu, tarixi tədbir keçirildi. Dekabrın 21-də Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun baş tutdu. bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Onlar bu yarışı ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə bir yerdə izləyiblər.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki