image-qanunla-reklam
image-404490197_901246791355100_3187982602310405205_n

Tarixi həqiqətlər

image-lady-day-az

Tarixi həqiqətlər.

Azərbaycan və İraq arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Hər iki dövlətin adət-ənənələrində də müəyyən oxşarlıqlar var. Keçmiş sovetlər dövründəki çətinliklərə baxmayaraq, Azərbaycan dindarları İraqdakı müqəddəs məkanları ziyarət edirdilər. Xalqımızın İraqa daim xüsusi bir rəğbəti olub, bu da təsadüfi deyil, İraqın müqəddəs Nəcəf və Kərbəla şəhərləri bizim üçün də mühüm önəm daşıyan məkanlar sayılır. İslam dininin elmi şəkildə öyrənilməsində və yayılmasında da İraqın böyük rolu olub. 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim Azərbaycanı dəstəkləyir. İraqın Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və dəstəkləyib. Vətən müharibəsi dövründə biz dünyanın bir çox ölkələrindən dəstək məktubları alırdıq. Çox xoşdur ki, bu ölkələr arasında İraq da var. Biz bunu dini bağlılıq, qardaşlıq baxımından yüksək dəyərləndiririk..

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib..İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür.İraqla Azərbaycan arasında münasibətlər bundan sonra daha sürətlə inkişaf edəcək. Hazırda iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə iki tərəfli münasibətlər son illər daha da inkişaf edir, ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin inkişafına fayda verəcək. Xüsusilə nəqliyyat-kommunikasiya, enerji, turizm və birbaşa hava relslərinin açılması istiqamətində əlaqələr sürətlə inkişaf edəcək, qarşılıqlı investisiya qoyuluşu daha da artacaq və ticarət dövriyyəsi genişlənəcək. Bunun üçün kifayət qədər potensial və imkanlar mövcuddur. İraq və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin mahiyyəti də buna kifayət qədər geniş imkanlar açır. Azərbaycanın Ermənistanın işğalı faktı ilə üzləşdiyi dövrdə İraqın Azərbaycana bir çox beynəlxalq platformalarda verdiyi dəstək, Azərbaycanın isə separatizmə məruz qalmış bir ölkə olaraq İraqa verdiyi dəstək qarşılıqlı münasibətlərə çox ciddi təsir göstərir. Bizdən çox uzaq olmasa da, İraq da bizə qonşu sayılır. Amma İraq bir çox ərəb dövlətlərindən fərqli olaraq, bizə qarşı münasibətdə qonşuluq prinsipinə həmişə sadiq qalıb.

 Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müaviniMayisə Xəlilova

 

 

Hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur.

Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildən başlamışdır. 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Ölkəmizin tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə münasibətlərdə son zamanlar müsbət irəliləyiş mövcuddur. Bu irəliləyiş özünü 20 noyabr tarixində İraq Prezidenti Əbdüllətif Cəmal Rəşidin Azərbaycana ilk rəsmi səfəri və səfər zamanı aparılmış danışıqlar və imzalanmış sənədlərdə göstərdi. Hesab edirəm bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını özündə əks etdirən sənədlərin imzalanması mərasimi keçirilib. Hər iki tərəfi təmsil edən qurumlar – sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandum imzalanmışdır ki, bu da, ölkələrarası münasibətlərin inkişafına xitmət edir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, və “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanmışdır. Prezident cənab İlham Əliyev cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib: «Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.» Öz növbəsində İraq Prezident Əbdüllətif Camal Rəşid də bildirib ki, düşünürəm ki, səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində – infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin, iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik.

Zərdab rayon sakini fəal gənc – Mecidli Cəlal

 

 

İşğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi.

 İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında  bir neçə mühüm məqamı  yenidən  aktuallaşırdı.

İlk növbədə, Azərbaycan- İraq münasibətlərinə diqqət çəkərək qeyd etdi ki, iki ölkənin diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraq olmuşdur. Belə ki, 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdə  qarşılıqlı əlaqələrin intensiv və ya daha sıx olması ilə bağlı ardıcıllıq izlənilmir. Doğrudur, 20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmış, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Həmçinin, 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M. Bərzani ilə görüşmüşdür. Bununla yanaşı İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləmiş, qarşılıqlı olaraq suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.

Əlbəttə ki, bunun səbəbləri var. Əgər  biz ötən dövr ərzində hər iki ölkədə və onun ətrafında cərəyan edən hadisələri təhlil etsək, görərik ki, onların qarşısında dayanan  problemlər, ölkədə və ətrafda baş verən hadisələr  fonunda, eyni zamanda, təbii resurslara zəngin olan  Azərbaycana və İraqa ikili standartlarla yanaşılmışdır. Lakin  hazırda hər iki ölkə özünün yeni inkişaf mərhələsini yaşayır.  Bu ölkələrin sıx siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac vardır. Məhz bu baxımdan da, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”. Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlər də bunu göstərir.  Müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması  bu səfərin əhəmiyyətini göstərir.  Azərbaycan  ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli  qarşılıqlı və praqmatik münasibətləri  mövcuddur. İraqla  çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.

Zərdab şəhər sakini fəal gənc – Kəmalə Xəlilli

 

 

İşğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlət başçısı bizim üçün  həssas və bir o qədər də vacib məsələlərə konkret şəkildə aydınlıq gətirərək  xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdi. Prezident cənab İlham Əliyev  bildirdi ki, “Cənab Prezident (İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid) qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm”. Lakin bu məlumatlandırma ilə yanaşı, həm Ermənistan cəmiyyətinə, həm Ermənistan Hökumətinə, həm də Ermənistanının havadarlarına  yönəlmiş  mesajlar idi. Ölkə başçısı qeyd etdi ki, hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik.    Azərbaycan  beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmişdir. Və Azərbaycanın şərtsiz Qələbəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmalıdır. Azərbaycan öz ərazisində separatizmi məhv etmişdir . Bundan sonra da   hər hansı qanunsuz  separatçı rejimin   yaranmasına imkan verməyəcəkdir.  Dövlətimizin  başçısı bununla da  sülh danışıqlarının və birgəyaşayışın Azərbaycan üçün prinsipial hesab olunan əsas şərtlərdən birini səsləndirdi.  Prezident İlham Əliyev Ermənistan cəmiyyətinə bu  mesajı verir: “Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər”.  Yəni, Ermənistan cəmiyyəti  bilməlidir ki, onların Hökuməti  erməni xalqının maraqlarına yox, Qərb kuratorlarının regiondakı geosiyasi ambisiyalarına,  bu ambisiyaların  ödənilməsinə xidmət edir.

Azərbaycan müasir hərb tarixində  görünməyən, bənzəri olmayan  hərbi əməliyyatlar keçirdi. 5-ci nəsil müharibəsi aparan Azərbaycan Ordusu  24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri ilə bir daha   göstərdi ki, mülki əhaliyə zərər vurmadan necə döyüşmək olar: “Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır”.  Bu təkcə   ölkəmizin hərbi gücünün nümayişi deyil,  eyni zamanda, Azərbaycanın geosiyasi qərarları müstəqil və milli maraqlara uyğun şəkildə qəbul etmək  və yerinə yetirmək iqtidarında olduğunun bariz nümunəsidir. Dövlətimizin başçısı   qeyd etdi ki,  Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru – Jalə Kərimli

 

 

 

 Azərbaycan sülhə hazırdır.

Hər ikisi müsəlman ölkəsi olan Azərbaycanla İraq Respublikası arasında illərdən bəri davam edən dostluq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Kənd təsərrüfatı, neft sənayesi, təhsil və din sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirən hər iki dövləti təmsil edən mütəxəssislərin birgə fəaliyyəti münasibətləri daha da möhkəmləndirmişdir. İraqda neft sənayesi sahəsində çalışan azərbaycanlı mütəxəssislərin dost yardımı, Azərbaycanla İraq arasında iqtisadiyyat, ticarət, elm və texniki əməkdaşlıq haqqında sənədlərin imzalanması ölkələrimizin tərəqqisinə önəmli töhfələr vermişdir.

Noyabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Prezident İlham Əliyevlə geniş tərkibdə və təkbətək görüşlərində qarşılıqlı əlaqələrin tarixi əhəmiyyətindən danışılmış, ticarət, iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Görüşlərin nəticələrini mətbuata bəyanatlarında açıqlayan, qarşılıqlı etimada əsaslanan Azərbaycan- İraq münasibətlərini yüksək dəyərləndirən dövlət başçıları bu səfəri, ikitərəfli əlaqələri çox əlamətdar hadisə adlandırmışlar. İraqlı həmkarı Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfərini tarixi hadisə adlandıran Prezident İlham Əliyev bu görüşü hər iki ölkənin siyasi, iqtisadi, ticari əməkdaşlığına böyük töhfələr verəcəyini bildirmişdir.

Dövlət başçıları arasındakı görüşlər, müzakirə olunan məsələlər barədə mətbuata bəyanatlarında məlumat verən dövlət başçıları qeyd etmişlər ki, gələcək əməkdaşlığımız üçün əsas istiqamətlər müəyyənləşdirildi. Vurğulandı ki, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyən Azərbaycan kimi İraq da dövlətlərin ərazi bütövlüyünün tanınmasında eyni mövqe göstərirlər. İraq Prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyini bildirən cənab İlham Əliyev açıqlamasında Cənubi Qafqazda mövcud olan hazırkı vəziyyətdən, Hayastanın Azərbaycana qarşı təcavüzündən, işğalçı dövlətin etnik təmizləmə siyasətinə məruz qalan soydaşlarımızın üzləşdikləri dəhşətlərdən, bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və ətraf rayonlardan zorla qovulmasından, ölkəmizə qarşı ikili standartlarla yanaşmanını haqq işimizə verdiyi zərərlərdən, artıq tarixin arxivinə atılmış ATƏT-tn Minsk qrupunun səmərəsiz fəaliyyətindən ətraflı bəhs etdi.

 Gəncliyə Dəstək İctimai Birliyin sədri-Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki