Uzun illərdi “Space” telekanalında idman departamentinə rəhbərlik edən tanınmış idman jurnalisti və aparıcı Tural Xudiyev Kamil oğlu Medianın İnkişafı Agentliyi tərəfindən təltif olunub.
“Qanunla.az” xəbər verir ki, o, prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə mükafatlandırılıb.
Bu gün tanınmış aparıcıya bu yubiley medalını çalışdığı “Space TV”nin rəhbəri Vado Korovin təqdim edib.
Tanınmış aparıcı Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmaqdan qürur duyduğunu bildirib.
O, göstərilən diqqətə görə, hər kəsə təşəkkürümü bildirib.
Orxan Rasifoğlu

























