image-qanunla-reklam
image-269833563_640378000641384_9115382888057031151_n

Taliblər etiraza qalxan qadınlara atəş açdılar

image-lady-day-az

 

Əfqanıstanda “Taliban” hərəkatının silahlıları Kabildə nümayiş təşkil edən qadınlara atəş açıblar.

Hadisə İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasının ərazisində baş verib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl bir qrup qadının Əfqanıstanın paytaxtında hüquqlarına hörmət edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirdikləri barədə xəbər yayılıb. Narazı qadınlar “Biz ac insanların səsiyik”, “Qadınlar oyanıb, biz ayrıseçkiliyə nifrət edirik” kimi şüarlarla çıxış ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki