Taliban lideri Heybətullah Axundzadə Əfqanıstanda siyasi məhbusların azad edilməsini əmr edib.
xəbər verir ki, bu barədə Taliban sözçüsü Qari Yusuf Əhmədi məlumat yayıb.
“İslam Əmirliyinin Ali Rəhbəri Heybətullah Axundzadə bütün həbsxanalardan siyasi məhbusların azad edilməsini əmr etdi. Əyalət qubernatorları bütün siyasi məhbusları qeyd-şərtsiz olaraq ölkə həbsxanalarından azad edəcəklər və sabahdan etibarən onlar ailələrinə təhvil veriləcəklər”,-deyə Əhmədi bildirib.


























