Əfqanıstanda hökumət qüvvələri ilə Taliban arasında yaşanan qarşıdurmaları işıqlandıran “Röyters”in fotomüxbiri Danis Siddiki həlak olub.
Qanunla.Az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Siddiki Pakistan sərhədinə yaxın Spin-Boldakda davam edən döyüşləri izləyərkən Taliban silahlılarının açdığı atəş nəticəsində öldürülüb.


























