Taliban silahlı qruplaşması Əfqanıstanın Qunduz əyalətində ilk dəfə korpus komandanlığını ələ keçirib.
Qanunla.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hücum zamanı Qunduz hava limanı da Talibanın nəzarətinə keçib.
Bundan başqa, korpus komandanlığındakı silah-sursatlara da əl qoyulub.
Digər tərəfdən, ölkənin şimalında hökumət qüvvələrinin müdafiə zonası olan Cövzcan əyalətindəki hava limanının da Taliban tərəfindən ələ keçirildiyi bildirilir.


























