Bu gün yerli vaxtla saat 07:14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə, Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub.
Qanunla.Az xəbər verir ki, zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.
Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.


























