image-qanunla-reklam
image-559415056_1360465302099911_1429341141865746237_n

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir

image-lady-day-az

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir. İclasda dövlət başçımızın qardaş Tacikistan xalqına və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsipinə əsaslanır. Prezident cənab İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib. Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir. Prezident cənab İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.” Bu yanaşma MDB-nin mahiyyətinə uyğun olaraq, təşkilat daxilində dövlətlərarası münasibətlərin bərabərhüquqlu və səmərəli inkişafı üçün mühüm nümunədir.  Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir. Prezident cənab İlham Əliyev çıxışında MDB məkanında dostluğu və əməkdaşlığı möhkəmləndirən mühüm hadisələrdən biri kimi III MDB Oyunlarını xüsusi qeyd etdi. Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində və Azərbaycanın digər altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən bu möhtəşəm idman tədbiri həm ölkəmizin təşkilati bacarığını, həm də MDB dövlətləri arasındakı birliyi nümayiş etdirdi. 13 ölkədən, o cümlədən MDB-yə üzv və qonaq dövlətlərdən 1600-dən çox idmançının iştirakı bu oyunları həm miqyas, həm də məzmun baxımından beynəlxalq səviyyəli tədbirə çevirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Gəncə kimi qədim və zəngin mədəni irsə malik şəhərin belə tədbirə ev sahibliyi etməsi həm Azərbaycanın idman diplomatiyasının, həm də mədəni potensialının nümayişidir. III MDB Oyunları təkcə idman yarışları deyil, xalqları bir araya gətirən, sülh, dostluq və həmrəyliyin bayramına çevrilən hadisə oldu. Düşənbə çıxışı Prezident İlham Əliyevin beynəlxalq siyasətə yanaşmasının mahiyyətini – praktik realizm və humanitar diplomatiyanın vəhdətini aydın şəkildə ortaya qoydu. Prezident bir daha göstərdi ki, Azərbaycanın xarici siyasət doktrinası təkcə siyasi maraqlarla deyil, həm də mədəni, humanitar və mənəvi dəyərlərlə uzlaşır.

 

Zərdab Rayon ağsaqqalı-Rasim Hüseynov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki