image-qanunla-reklam
image-img-20210526-wa0045

Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir

image-lady-day-az

“Biz Şuşaya qayıtmışıq, əbədi Qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu şəhərin yuxarı hissəsində yerləşməlidir” deyən dövlət başçımız bütün türk müsəlman adətlərinə sadiqliyini nümayiş etdirir.

“Şuşasız Qarabağ , Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”- Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini belə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.

Bunu Kanal4.az-a Açıqlamasında Neftçala rayon Şorkənd məktəbinin direktoru Fərqanə Ağalarova bildirib.


Hələ 44 günlük muharibənin ilk günlərində Prezident İlham Əliyev belə bir ifadə işlətmişdi “Şuşasız bizim işimiz yarımçıq qalar”.  Qarabağ torpaqlarının o cümlədən Şuşanın bizim üçün niyə bu qədər önəmli olduğunu  Almaniyanın ARD kanalının müxbirinin  “Nəyə görə Qarabağ  Azərbaycan üçün bu qədər önəmlidir? Orada resurslar var, yoxsa bu bir rəmzi məna daşıyır?” sualına cavabında hər bir vətənpərvər azərbaycanlı üçün qəlbindəki ruhla, sevgi və arqumentlə izah etmişdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim  ərazimizdir Bu resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu ədalət məsələsisir, bu, milli qürur məsələsidir və bu beynəlxalq hüquq məsələsidir.”

Prezident İlham Əliyevin bütün çıxışlarında özünə mühüm yer tutan məqam  Şuşadakı maddi mədəniyyət nümunələrinə, məscid və abidələrimizə qarşı törədilmiş insanlıqdan kənar hərəkətlər, tarixə olunan hörmətsizlik oldu. Ölkə rəhbəri olaraq  Azərbaycan tarixinin  istənilən məqamını gözəl bilən, 44 günlük müharibənin gedişində diplomatik müstəvidə apardığı mübarizəsində xüsusilə Qarbağ ərazisindəki tarixi abidə və məscidlərin, Şuşa şəhərindəki maddi mədəniyyət nümunələrinin dağıdılmasını undulmayan tarix adlandıran Prezident, bundan sonrakı fəaliyyətində məhz tarixin bərpası ilə daha çox məşğul olacağını dəfələrlə vurğulayır.

 

Mədəniyyət adbidələrinə və məscidlərə xüsusi hörmət və ehtiramını Prezident İlham Əliyevin hər dəfə işğalaldan azad olunmuş torpaqlara səfərində açıq-aydın görürük.

Vaqifin məqbərəsinin təcili olaraq yenidən qurulması, Gövhər ağa məscidinin, eləcə də digər tarixi abidə və binaların bərpası işini sürətləndirən Dövlət başçımız bütün dünyaya işğaldan azad olunmuş torpaqlarda  Ermənistandan fərqli olaraq Azərbaycanın nə qədər iddialı olduğu mesajını ötürür.

Nəhayət Ramazan bayramı günlərində Şuşada təşkil olunmuş “Xarı bülbül” Musiqi festivalı və orda Prezidentin çıxışı hər bir azərbaycanlıya sanki Şuşanı yenidən işğaldan azad etdik təsiri bağışladı.

Daha kövrək və unudulmaz məqam Festivalın açlışında Dövlət başçısının “Biz bu günü qəhraman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı” deyərək Musiqi festivalının şəhidlərin əziz xatirəsinə həsr olunduğunu bildirdi. Beləliklə növbəti dəfə  şəhid, qazi və hərbçilərimizə,  onların ailələrinə hörmət və ehtiram nümunəsi göstərdi.

Fərqanə Ağalarova,

Neftçala rayon Şorkənd məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki