Suriyanın paytaxtı Dəməşqdə motosikletə yerləşdirilən bomba partlayıb.
Qanunla.az xəbər verir ki, terror nəticəsində 6 nəfər ölüb, 23 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd olunub ki, İranın dəstəklədiyi xarici terrorçu qruplar paytaxt Dəməşqin Seyyid Zeynəb bölgəsində cəmləşib.


























